Paytaxtın Heydər Əliyev prospekti, Əmircan-Bülbülə döngəsində yolun buzlu olması səbəbindən bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Milli.Az-a NİİM-dən məlumat verilib.
Qeyd olunub ki, yolda sürüşmə ehtimalını nəzərə alaraq, mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.
Milli.Az