ABŞ dövlət katibi: Zelenski üzr istəməlidir

1 Mart 2025 08:29

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Volodimir Zelenski Donald Trampla görüşdə baş verən fiaskoya görə üzr istəməlidir.

Milli.Az xəbər verir ki, Rubio buna "CNN"ə müsahibəsində deyib.

"Onun ora gəlib düşmənçilik etməsinə ehtiyac yox idi. Elə bir təəssürat yaranır sanki, Zelenski sülh razılaşmasını istəmir. İstədiyini deyir, amma bəlkə də istəmir", - Rubio qeyd edib.

Milli.Az