Zelenski Ağ Evi belə tərk etdi - VİDEO

28 Fevral 2025 23:02

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə dəqiqə əvvəl Ağ Evi tərk edib. Bu, Oval Ofisdə media qarşısında ABŞ Prezidenti Donald Tramp və Vitse-Prezident JD Vens ilə sərt mübahisədən sonra baş verib.

O, mineral razılaşmasını imzalamadan və əvvəlcədən planlaşdırıldığı kimi Tramp ilə birgə mətbuat konfransı keçirmədən ayrılıb.

Zelenski maşın korteji ilə yola düşməzdən əvvəl jurnalistlərə heç bir açıqlama verməyib.

Lalə Qüdrətova
Milli.Az