Azərbaycan Kuboku: Zirə” “Araz-Naxçıvan”la BACARMADI

28 Fevral 2025 18:32

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib.

Milli.Az xəbər verir ki, doğma meydanda 1:0 hesablı qələbə qazanan naxçıvanlılar bu dəfə də qalibiyyətə sevinib. 

Elmar Baxşıyevin komandası rəqibini 2:0 hesabı ilə üstələyib və yarımfinala vəsiqə qazanıb. 

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
28 fevral

"Zirə" - "Araz-Naxçıvan" 0:2
Qollar: Felipe Santos, 3-pen; 45-pen.

Milli.Az