Bu ölkə futbolçuları oyundan əvvəl araq içirlər

28 Fevral 2025 17:08

Məşhur niderlandlı futbolçu ,"Real Madrid" və "Alaniya"nın keçmiş yarımmüdafiəçisi Royston Drente maraqlı açıqlamalar verib. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, o, Rusiyanın "Alaniya" klubunda çıxış etdiyi dövrdə oyunçuların matçlardan əvvəl araq içdiyini bildirib.

"Komanda yoldaşlarım arağı çox sevirdi, hətta məşqçimiz də. Matçlardan əvvəl bir qurtum içmək onlar üçün adi bir şey idi. Mən isə araq yox, viski içməyə üstünlük verirdim. Orada bu normal hal idi. Məsələn, Türkiyədə isə oyunçuların matçdan sonra duşda siqaret çəkməsi adət idi", - deyə Drente "AS" nəşrinə müsahibəsində bildirib.

Xatırladaq ki, Drente "Feyenoord"un yetirməsi olub və 2013-cü ilin fevralında "Alaniya"ya keçib. Lakin cəmi altı ay sonra klubdan ayrılıb. O, Rusiya Premyer Liqasında 6 matça çıxıb, 3 qol vurub və 2 sarı vərəqə alıb. 

Fidan
Milli.Az