Azərbaycanda şirkət direktoru istefa verdi

28 Fevral 2025 16:19

"Gəmi Təmir Tikinti" ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazıb.

ASC onun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün səhmdarlarının ümumi yığıncağını çağırıb. Yığıncaq martın 5-i saat 11:00-na təyin olunub.

Qeyd edək ki, "Gəmi Təmir Tikinti" ASC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi də Həsənağa Həsənovdur.

Milli.Az