Üzərində 200 balıqçının olduğu buz qopdu - Kömək gözləyirlər - VİDEO

28 Fevral 2025 16:20

Rusiyanın Saxalin vilayətində təqribən 200 balıqçı buz parçasının qopması nəticəsində köməksiz qalıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. 

Bildirilib ki, hazırda həmin balıqçıların xilas edilməsi üzrə əməliyyat həyata keçirilir.

Buz parçası və sahil arasında 700 metr məsafə var. 

Ən son məlumata görə, hələ ki 66 balıqçı xilas edilib.  

Milli.Az