“Çakır”ın qızı ana oldu - FOTO

28 Fevral 2025 11:04

"Kurtlar Vadisi" serialında Süleyman Çakırın qızı Selvi obrazını canlandıran Fatma Büşra Ayaydın izləyiciləri ilə sevindirici xəbər bölüşüb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, o, sosial media hesabında körpəsinin fotosunu paylaşaraq ana olduğunu elan edib.

Ayaydın paylaşımına "Balamla ilk Ramazan, inşallah" sözlərini əlavə edib.

Qeyd edək ki, Fatma Büşra Ayaydın "Kurtlar Vadisi" serialındakı Selvi obrazı ilə geniş tanınıb. O, həmçinin "Hatırla Sevgili", "Mavi Rüya" və "Muhteşem Yüzyıl" kimi seriallarda, eləcə də "Siccin 3" filmində rol alıb. Son illərdə isə aktrisalığı tərk edərək sahibkarlıq fəaliyyətinə başlayan aktrisa 2025-ci ildə Bilal Aslanoğlu ilə ailə həyatı qurub. 

Fidan
Milli.Az