Əgər təriniz ağ iz buraxırsa, deməli... - bu qidalardan yeyin: Həkim açıqladı

28 Fevral 2025 10:45

Elektrolitlərin sağlamlıq üçün mühüm əhəmiyyətə malik olduğu və kifayət qədər qəbul edilmədikdə ciddi problemlərə səbəb ola biləcəyi bildirilir.

Milli.Az xəbər verir ki, "New York Post"a açıqlama verən Dr. Raj Singh hər kəsin səhhətini qorumaq üçün elektrolitlərə ehtiyacı olduğunu vurğulayaraq, çatışmazlığın bəzi əlamətlərini açıqlayıb.

Onun sözlərinə görə elektrolitlər balanslı qidalanma yolu ilə təmin edilə bilər və zeytun (natrium), banan (kalium), qara lobya (maqnezium) və qatıq (kalsium) kimi qidalar bu baxımdan faydalıdır.

Kişilərin əzələ quruluşuna görə daha çox elektrolitə ehtiyac duya biləcəyini bildirən Dr. Singh xüsusilə həddindən artıq tərləmə, qusma və ya ishal halında əlavə elektrolit qəbulunun vacib olduğunu qeyd edib. Elektrolit çatışmazlığının əsas əlamətləri arasında əzələ spazmları, yorğunluq, gücsüzlük, baş ağrısı və başgicəllənmə var. Uzunmüddətli çatışmazlıq isə nizamsız ürək döyüntüsü və ya aşağı qan təzyiqi kimi daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər müntəzəm olaraq alkoqollu içkilər qəbul edən insanların daha yüksək risk daşıdığını və duzlu tərləmənin də elektrolit çatışmazlığının bir göstəricisi ola biləcəyini bildirir. Bu, tərləmənin parça üzərində ağ iz buraxması ilə müəyyən edilə bilər.

Sodyum xlorid və kaliumun ən vacib elektrolitlər olduğu, lakin maqnezium və kalsium kimi digər mineralların da bədənə maye balansını qorumaq və ümumi sağlamlığı dəstəkləmək baxımından əhəmiyyətli olduğu vurğulanır.

Lakin hər hansı bir qida əlavəsi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

İsmayıl
Milli.Az