Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"in tənəzzülü davam edir. "Elektron sikkə" noyabrın 11-dən bəri ən ucuz qiymətə satılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bazar dəyərinə görə dünyanın ən iri kriptovalyutası 5 faiz ucuzlaşaraq $79,666 dollara mübadilə edilib.
Ekspertlərin fikrincə, tənəzzülə təsir edən əsas faktorlar olaraq Tramp administrasiyasının tarif planları və kriptovalyuta siyasətinə dair qeyri-müəyyənlik, eləcə də "Bitcoin"in əsas rəqiblərindən olan "Ethereum"da baş verən 1,5 milyard dollarlıq haker hücumundan sonra investor etimadının azalması göstərilir.
Milli.Az