Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir - FOTOlar

28 Fevral 2025 09:56

Bu gün Bakıda Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir.

Trend xəbər verir ki, forumda ölkəmizdə fəaliyyət göstərən çoxsaylı hakimlərin iştirakı ilə məhkəmə-hüquq sahəsində görülən işlər, islahatlar diqqətə çatdırılacaq, konkret mövzular üzrə panel müzakirələr baş tutacaq.

Tədbirdə həmçinin, müxtəlif nominasiyalar üzrə "ilin hakimi" mükafatının təqdim edilməsi nəzərdə tutulur.

Forumda Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxışı zamanı bildirib ki, yüksək keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərin sayı ildən-ilə artır.

"Məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidir", - sədr əlavə edib.

Milli.Az