Gəncədə ər arvadını balta ilə vurdu

28 Fevral 2025 09:48

Gəncədə ər arvadına xəsarət yetirib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

34 yaşlı H. Abıyevaya həyat yoldaşı tərəfindən balta və tikinti üçün nəzərdə tutulan dəmir parçası ilə müxtəlif bədən xəsarətləri yetirilib.

Qadın özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az