Uzun illərdir küsülü olan Xalq artisti Röya Ayxan və müğənni Elnur Məmmədov barışıb.
Milli.Az xəbər verir ki,bununla bağlı Elnur paylaşım edib.
O, Röya Ayxanla tədbirlərin birində qarşılaşıb və fotolar çəkdirib.
Elnur fotolara "Röya, Elnur... 25 illik dostluq" şərhini yazıb.
Qeyd edək ki, Röya ilə Elnur Məmmədovun münasibətləri illər əvvəl "Dəniz" mahnısına görə pozulub.
Röya açıqlamalaından birində Elnur haqda "Vaqif Gərayzadənin komandasında bir nəfərdən zəhləm gedir. Ömrümün axırına kimi ona nifrət edəcəyəm. Onunla heç vaxt barışmayacağam. Kişi qadın münasibətləri pozulmamalıdır. Kişi güzəştə getməlidir" sözlərini deyib.
Fidan
Milli.Az