Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.
Milli.Az