PKK-dan açıqlama: "Silahı yerə qoyacağıq"

27 Fevral 2025 21:36

Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Müslim Öcalanın çağırışını dəstəkləyib.

"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.

Milli.Az