Las-Veqas polisinə 10 Tesla Cybertruck hədiyyə etdi

27 Fevral 2025 20:20

Las-Veqas polisinə anonim sponsor tərəfindən 10 ədəd Tesla Cybertruck pikap hədiyyə olunub.

Milli.Az xəbər verir ki, bu barədə Eletrek məlumat yayıb.

"Las-Veqas Polis Departamenti olaraq elan etməkdən məmnunuq ki, avtoparkımıza 10 Tesla Cybertruck əlavə edəcəyik! Bu müasir avtomobillər LVMPD və SWAT patrullarına uyğunlaşdırılacaq və əməkdaşlarımıza ən yeni texnologiyalar vasitəsilə təhlükəsizliyi təmin etməyə kömək edəcək", - deyə polis şerifi Kevin Makmaxill bildirib.

Departamentdən verilən məlumata görə, avtomobillər anonim sponsorun hədiyyəsi olub. Tesla Cybertruck pikapları Las-Veqas polisi tərəfindən artıq istifadədə olan yarı-avtonom dronlarla birlikdə işlədiləcək. Polis bu yeniliyi patrul və xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulmuş iki fərqli Cybertruck modelinin şəkilləri ilə müşayiət edib. /baku.ws

Milli.Az