10-cu övladının doğulmasını istəyir - FOTO

27 Fevral 2025 15:00

9 övladı olan və uşaqlarına olan sevgisi ilə tanınan türkiyəli müğənni İzzet Yıldızhan 10-cu övlad sahibi olmağı istədiyini açıqlayıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, o, uşaqlarına olan sevgisini vurğulayaraq, bu məsələdə İlon Maskın 13 uşağı olduğunu qeyd edib və onu təbrik edib.

Yıldızhan Türkiyədə 9 uşağı olan yeganə məşhur olduğunu da əlavə edib.

İzzet Yıldızhanın həyat yoldaşı Ajda Yıldızhan 10-cu uşağı istədiyini bildirib. Ajda uşaqlarının daha çox qardaş istədiyini və qızının yalnız tək qız olmaq istəmədiyini vurğulayıb.

Həmçinin, Yıldızhan yaxın zamanlarda məşhur müğənni Seda Sayanın ona "əgər arvadın istəsə, olar" deyərək dəstək verdiyini də açıqlayıb.

Milli.Az