Təqaüd və sosial yardım alanların nəzərinə!

27 Fevral 2025 14:10

Bu ilin fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da yekunlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Milli.Az