Bu il taxıl bol olacaq, kartof isə... - Ekspertdən açıqlama

27 Fevral 2025 14:12

"Neçə gündür kəskin hava şəraiti və aramsız yağan qarın kənd təsərrüfatına böyük faydası olacaq".

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında sabiq deputat, kənd təsərrüfatı üzrə ekspert Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, qarın taxıl sahələrinə verdiyi fayda saymaqla bitməz:

"Bu il taxıl həddən artıq bol olacaq. Bundan əlavə torpağa can verəcək, sanki torpaq yenidən diriləcək. Görün neçə illərdir ki, Azərbaycana belə qar yağmamışdı, bu, bütün xəstəliklərə şəfadır. Bu gün yağan qarın xeyri zərərlərindən daha çoxdur. Xüsusi ilə də kənd təsərrüfatı məhsulları üçün. Qar təmizlikdir, ekoloji tarazlıqdır. Qışdırsa, onun şaxtası da, qarı da olmalıdır". 

Əli Əlirzayev qarın kartof sahələrinə vurduğu ziyandan danışıb:

"Əgər kartof sahələrində əkilən kartof göyərmişdisə, onu mütləq şaxta vuracaq. Şaxta olubsa, bu, mütləq kartofa ziyan vuracaq, donacaq. Don açılanda isə artıq o tələf olacaq. Amma etiraf edək ki, əksər rayonlarda taxıl əkini üstünlük təşkil edir". 

Milli.Az