Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi - YENİLƏNİB

27 Fevral 2025 17:15

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb. 

Rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov spirtdən zəhərlənərək ölüb. 

Onun etil spirtindən zəhərlənərək öldüyü bildirilir. 

Qeyd edək ki, son günlər Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 20-ni keçib. 

--------

11:35

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. 

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb.

Onun texniki spirtdən zəhərləndiyi bildirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərinb sayı 19-a çatıb. 

Milli.Az