Dron hücumu nəticəsində agentliyin jurnalisti həlak oldu - FOTO

27 Fevral 2025 12:23

Rusiyanın Kiyev vilayətinə gecə saatlarında etdiyi dron hücumları nəticəsində "Ukrinform" agentliyinin jurnalisti Tatyana Kulik həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Məlumata görə, onun evinə düşən dron nəticəsində yanğın baş verib və cərrah həyat yoldaşı Pavel İvançev ilə birgə vəfat edib.

Qeyd edək ki, o, "Yenilməz xalq" layihəsinin müəllifi və aparıcısı olub, Baş multimedia redaksiyasında baş redaktor vəzifəsini icra edib.

Milli.Az