Türkiyənin Beykoz bələdiyyə sədri Alaattin Köseler "tender saxtakarlığı" cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, CHP İstanbul İl sədri Özgür Çelik bu barədə məlumat verib.
"Bələdiyyə sədrimiz evinə çoxlu sayda polis tərəfindən basqın edildikdən sonra nəzarətə alındı. Yaşayış yeri bəlli olan, çağırılanda açıqlama verəcək 65 yaşlı bələdiyyə sədrinə bu cür münasibət, zülm zəncirinin son halqasıdır".
Beykoz Respublika Baş Prokurorluğu, aralarında Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler də daxil olmaqla 4 şübhəli haqqında "tenderi saxtalaşdırmaq" ittihamı ilə həbs qərarı çıxarıb.
Milli.Az