Sosial şəbəkədə dələduzluq edənlər saxlanıldı - VİDEO

27 Fevral 2025 09:01

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində "Telegram" sosial şəbəkəsində kiber üsullarla vətəndaşın pul vəsaitini talayan və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxaran əvvəllər məhkum olunmuş Hafiz Hacıyev və Mədət Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Araşdırmalarla həmin şəxslərin zərərçəkmişin 9055 manatını dələduzluq yolu ilə əldə etdikləri aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az