Ramazan ayının başlaması ilə bağlı verilən fətvanın VAXTI AÇIQLANDI

26 Fevral 2025 21:47

Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətva veriləcək.

Milli.Az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev deyib.

"Sabah Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması münasibəti ilə tədbir keçiriləcək, elə tədbirdə də fətva veriləcək", - F. Nurullayev bildirib.


Milli.Az