Almaniyada məhkəmə binası qarşısında atışma: yaralılar var

26 Fevral 2025 20:51

Almaniyanın Bielefeld şəhərində atışma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə WDR məlumat yayıb.

Bildirilib ki, hadisə güllələnərək öldürülən 38 yaşlı boksçu Besar Nimaninin məhkəməsi keçirilən binanın qarşısında baş verib.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Milli.Az