Aparıcı Vüsalə Əlizadə efirdə göz yaşlarına hakim olmayıb.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, kövrək anlar Vüsalənin aparıcısı olduğu "İncə səhər" verilişində yaşanıb.
Belə ki, sözügedən proqramın bugünki buraxılışı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunub.
Əlizadə Xocalıdan olan Fatma Həsən qızı Zamanovanın həmin qanlı və faciəvi hadisə ilə bağlı məktubunun bir hissəsini səsləndirərkən göz yaşlarını saxlaya bilməyib.
Milli.Az