Redaksiyamıza dələduzluqla bağlı şikayət daxil olub.
Milli.Az xəbər verir ki, paytaxt sakini "Facebook" sosial şəbəkəsində bir xanımın ona yazaraq onu qurbana çevirdiyini iddia edir:
"Deməli "messenger"də bir xanım səlis Azərbaycan dili qrammatikası ilə mən' yazdı ki, ölkə xaricindəyəm və yeni nömrə almışam nömrəni neynəsəmdə öyrənə bilmirəm. Xanıma bildirdim ki, nömrəni aldığınız mobil operatorla əlaqə saxlayaraq öyrənə bilərsiniz. Dedi başım çıxmır. Olar sizə zəng edim siz mənə nömrəmi deyəsiniz? Guya mən ağıllı tərpəndim hərtərəfli götür qoy edəndən sonra dedim ki, zəng edəcək nömrəsin deyəcəm də burda nə dələduzluq ola bilər ki? Polşa nömrəsindən zəng gəldi və adboy edib nömrəni dedim. 2 saat sonra sürpriz telegramımı ələ keçirdilər( bir neçə adamın da başına gəlib bu) Telegramın belə ucuz təhlükəsizliyinin olması da bir ayrı mövzudur".
Mütəxəssizlər bu kimi halların yaşanmaması üçün bütün sosial şəbəkələrinizdə iki faktorlu doğrulama kodunu aktiv edilməsini məsləhət görərək hər bir halda xarici nömrələrdən yayınmağı qeyd edirlər.
Asya
Milli.Az