"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bir neçə gün əvvəl vəfat edən bacısı oğlu 21 yaşlı Ayxan Qasımovla bağlı paylaşım edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, F. Qaraşov instaqram hesabında yazıb:
"Dayısının kişi balası, ürəyim, dostum... Həyatımızın ən gözəl hissəsi idin. Mələyimiz, sən həmişə bizimləsən...
Ağsaqqal idin, cəmi 21 ilə sərhədsiz sevgilər, hörmət, dəyərlər və çox yaxşı xatirələr qazandın və yaratdın. Mənim gözəl, nur üzlü balam! Sən məni çox istəyirdin, mən də səni. Ağıllı, tərbiyəli, mədəni, qayğıkeş, yanımcıl balam... Başqa oğul idin! Sözlər aciz və yetərsiz..."
Qeyd edək ki, Ayxan Qasımov Penitensiar Xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.
Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Milli.Az