Maskdan sensasion proqnoz: Onlar tezliklə hakimiyyətə gələcəklər

26 Fevral 2025 16:23

Ölkədə keçiriləcək növbəti seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası qalib gələcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"AfD növbəti seçkilərdən sonra Almaniyanı idarə edəcək", - Mask yazıb.

Fevralın 23-də Almaniyada Bundestaqa növbədənkənar seçkilər keçirilib və bu seçkilərdə Fridrix Mertsin rəhbərliyi altında Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalifət bloku qalib gəlib. AfD tarixdə ilk dəfə ikinci yeri tutarkən, Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası üçüncü yerə geriləyib.

Milli.Az