Polşanın "Radomyak" klubu ilə müqavilə bağlayan Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov diqqət mərkəzinə düşüb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bunu yeni komandasının ən bahalı üzvü olmaqla bacarıb.
Dadaşovun dəyəri hazırda 1,6 milyon avro olaraq qiymətləndirilir. "Radomyak"ın heyətində isə bu dəyərdə futbolçu yoxdur. Ona görə də Renat adıçəkilən klubun ən bahalı oyunçusudur.
Qeyd edək ki, "Radomyak"ın ümumi bazar dəyəri isə 11,1 milyon avrodu.
Milli.Az