Bu qadını görənlər polisə XƏBƏR VERSİN - FOTO

26 Fevral 2025 14:53

Ötən gün Qaradağ rayon Lökbatan qəsəbəsində qadın yoxa çıxıb.  

Milli.Az bildirir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Alzheimer xəstəsi olan 69 yaşlı Səriyyə Əkbərova ötən gün Lökbatan qəsəbəsi massiv 1 ünvanından yoxa çıxıb. 

O, evdən çıxarkən əynində qara rəngli don, qəhvəyi gödəkçə və qara ayaqqabı olub. Yaxınları hadisə barədə polisə məlumat verib. Qadını görənlərdən polisə məlumat vermələri xahiş edilir.

Milli.Az