Sərnişin mikroavtobusu qəzaya düşdü - yaralanan var - FOTO

26 Fevral 2025 14:17

Cəlilabad rayonunda sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Milli.Az bildirir ki, hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu "Lada-Priora" markalı avtomobillə toqquşub. Qəzada sərnişinlərdən biri, 65 yaşlı Lalə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az