Əqli Mülkiyyət Agentliyinin kollektivi Xocalı soyqırımının qurbanlarını yad edib - FOTO

26 Fevral 2025 13:31

Bu gün xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cu ildönümüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 26-da bu qanlı faciənin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Agentliyin kollektivinin üzvləri Bakı şəhərindəki "Ana harayı" abidəsini ziyarət edib, abidənin önünə güllər düzüb və faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.\

Milli.Az