Trampdan Ukraynaya ağır ZƏRBƏ: dayandırdı

26 Fevral 2025 13:41

"ABŞ hazırda müdafiə sahəsində Ukraynaya hər hansı yardım göstərmir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

"Hazırda biz heç nə tədarük etmirik", - deyə ABŞ lideri Vaşinqtonun Kiyevə müdafiə ilə bağlı yardım edib-etməməsinə dair suala cavabında bildirib.

Eyni zamanda, o, ABŞ və Rusiyanın münaqişənin həlli ilə bağlı razılığa gələnə qədər Ukraynanın hərbi əməliyyatlar aparmaq üçün sursatlarının kifayət edəcəyini də istisna etməyib.

Donald Tramp bildirib ki, gələcəkdə Kiyevə hərbi yardımın göstərilməsinə görə Avropa cavabdehlik daşıyacaq.

Milli.Az