İsa Məsih heykəlinin üstündə naməlum uçan obyekt GÖRÜNTÜLƏNDİ - VİDEO

26 Fevral 2025 14:25

Meksikanın Silao şəhərindəki Cerro del Cubilete dini məkanında ziyarətçilər İsa Məsihin heykəlinin üzərində naməlum uçan obyekt (UFO) gördüklərini iddia ediblər.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, şahidlər açıq mavi səmada "Saturn şəkilli obyektin" heykəlin sol əlindən asılı vəziyyətdə dayandığını bildiriblər. Ziyarətçilərdən biri bunu "yadplanetli naviqator" adlandırıb.

Bu hadisə keçən ilin oktyabr ayında Mexiko şəhərinin cənubundakı Cuernavaca yanacaqdoldurma məntəqəsində müşahidə edilən UFO görüntülərinə bənzədilib. Şahidlər həmin vaxt da göydə qəribə obyektlərin hərəkət etdiyini qeyd ediblər.

Məlumata görə, bəzi şübhəçilər obyektin iplə asıldığını iddia etsələr də, digərləri onun Meksikanın məşhur UFO mərkəzlərindən biri olan Tepoztlan bölgəsi ilə əlaqəli ola biləcəyini bildiriblər.

Qeyd edək ki, Tepoztlan qədim Aztek məbədləri ilə tanınır və UFO həvəskarları üçün xüsusi ziyarət yeri hesab olunur. Burada çoxsaylı naməlum obyektlərin görüldüyü və paranormal hadisələrin baş verdiyi iddia edilir.

Fidan
Milli.Az