Ötə gün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ərazisində hava şəraiti və yolun buzlu olması səbəbindən 162 nömrəli avtobus "BakuBus" MMC-nin balansında olan 7B nömrəli avtobusa çırpılıb.
Milli.Az-ın məlumatına görə, hadisə nəticəsində avtobus yüngül zədələnib, sərnişinlər və sürücülər arasında xəsarət alan olmayıb.
"BakuBus"dan bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. "Unikal"
Milli.Az