"Hər axşam xaş yeyib yatıram" - FOTO

26 Fevral 2025 19:00

Məşhur model Çağla Şıkel açıqlaması ilə gündəm olub. 

Milli.Az türk mediasına istinadla xəbər verir ki, 46 yaşlı model qatıldığı tədbirlərdən birində kollagen deposu olan xaş yediyini etiraf edib:

"Gənc görünməyimi xaşa borcluyam. Hər axşam xaş yeyib yatıram" .

Hər zaman fit və cazibədar görünən modelin qida rasionu sadəcə bununla yekunlaşmır. O həm də hər gün keçi südü, hind qozu və bal yeyir. 

Onu da demək olar ki, iki uşaq anası model qidalanmasından əlavə fit görünüşə sahib olmaq və sağlam olmaq üçün idmanla da məşğul olur.

Fidan
Milli.Az