Bu ölkədə 6,1 bal gücündə zəlzələ oldu

26 Fevral 2025 10:29

İndoneziyanın Sulavesi adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla 06:55-də, 10 kilometr dərinlikdə baş verən zəlzələ adanın şimalında hiss olunub.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) hadisə ilə bağlı açıqlama verərək, sunami riski olmadığını bildirib.

Ölkə mətbuatının məlumatına görə, zəlzələ nəticəsində ilkin olaraq tələfat və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda bölgədə təkanlar davam edir.

Qeyd edək ki, İndoneziya 130 aktiv vulkana sahibdir və Sakit Okean "Alov Halqası" zonasında yerləşdiyi üçün dünyanın ən aktiv seysmik bölgələrindən biri hesab olunur.

Milli.Az