Roma Papasının son vəziyyəti AÇIQLANDI

26 Fevral 2025 09:53

İkitərəfli pnevmoniyadan əziyyət çəkən Roma Papası Fransiskin vəziyyəti kritik, lakin sabit qalır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidmətinin bəyanatında deyilir.

"Roma Papasının vəziyyəti kritik, lakin sabit qalır. Kəskin tənəffüs tutmaları təkrar olunmayıb", - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, pontifikə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Milli.Az