Çalhanoğlu qol vurdu, "İnter" "Milan"a rəqib oldu

26 Fevral 2025 09:03

İtaliya Kubokunda üçüncü 1/4 final matçı başa çatıb.

Milli.Az xəbər verir ki, "İnter" doğma arenada "Latsio"nu sınağa çəkib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Rəqibinin qapısından 2 cavabsız top keçirən "neradzurri" adını son 4 komanda sırasına yazdırıb - 2:0.

Beləliklə də, İnzaginin yetirmələri yarımfinalda "Milan"a rəqib olublar.

Digər yarımfinal cütlüyündə isə "Bolonya" "Yuventus" - "Empoli" matçının qalibini gözləyir. /Oxu.Az

Milli.Az