Dünyada sərvəti 50 milyard dollardan çox olan cəmi 24 nəfər var və bu ultra zənginlərin siyahısına ABŞ Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask başçılıq edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Altrata analitik şirkətinin hesablamalarına görə, bu super milyarderlərin ümumi sərvəti 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-inə bərabərdir.
Siyahıda birinci yeri SpaceX, Tesla və X-in rəhbəri İlon Mask (419,4 milyard dollar) tutur. Onun ardınca Amazon-un təsisçisi Ceff Bezos (263,8 milyard dollar), LVMH-nin sahibi Bernard Arno (238,9 milyard dollar), Oracle-ın rəhbəri Larri Ellison (237 milyard dollar) və Meta-nın baş direktoru Mark Zukerberq (220 milyard dollar) gəlir.
Qeyd olunur ki, siyahıdakı 16 nəfərin sərvəti 100 milyard dolları ötür. Əvvəllər ən varlı insanlar əsasən sənayeçilər olurdusa, müasir super milyarderlərin əksəriyyəti öz sərvətini texnologiya sektorunda qazanıb.
Milli.Az