ABŞ onlara viza verməyəcək

26 Fevral 2025 08:33

ABŞ Dövlət Departamenti Amerikada keçiriləcək idman yarışlarında iştirak etmək istəyən transgender xarici vətəndaşlara viza verilməməsinə dair qərar qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, viza müraciətlərində cinsləri haqqında yanlış məlumat verənlərə ömürlük viza qadağası tətbiq ediləcək.

"Ərizəçilərin cinsiyyətlə bağlı yalan məlumat verməsi üzə çıxarsa, onlara həmişəlik ABŞ-yə səfər etmək qadağası qoyulsun", - ABŞ dövlət katibi Marko Rubionun göstərişində deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp transgender idmançıların qadınlar arasında yarışlarda iştirakına qadağa qoyan fərman imzalayıb.

Milli.Az