Tramp təsdiqlədi: Zelenski Vaşinqtona gedir

26 Fevral 2025 22:20

22:20

ABŞ Ukraynanın təhlükəsizlik təminatına görə məsuliyyəti Avropaya həvalə edəcək.

Milli.Az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında bildirib.

"Mən hər hansı əhəmiyyətli təhlükəsizlik zəmanəti vermək fikrində deyiləm. Biz bunu Avropaya həvalə edəcəyik, Ukrayna onların qonşusudur. Ancaq biz, əlbəttə ki, hər şeyin yaxşı olmasına nəzarət edəcəyik", - Tramp qeyd edib.

--------
07:58

Fevral ayının 28-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, hər iki tərəfin dövlət rəsmiləri layihə ilə razılaşaraq onun imzalanmasını tövsiyə ediblər.

Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib. "Reuters"in mənbələrindən biri səfərin Tramp administrasiyası tərəfindən təklif edildiyini yazıb.

Milli.Az