İsrail Qüvvələri Suriyaya zərbə endirdi

26 Fevral 2025 07:50

İsrailin müdafiə naziri İsrael Katz Hərbi Hava Qüvvələrinin Suriyanın cənubundakı hədəfləri vurduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, bu haqda məlumat "Ynet" portalında dərc olunub.

"Hərbi-hava qüvvələri hazırda Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi Suriyanın cənubuna fəal şəkildə hücum edir və mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik", - deyəo bildirib.

Qeyd edək ki, bundan əvvəl "Al Watan" qəzeti paytaxt Dəməşqin Dəra bölgəsində güclü partlayış olduğuna dair məlumat yaymışdı. /APA

Milli.Az