“Bəyəndiyi nəsə olanda deyir ki, bunu paylaş”

26 Fevral 2025 07:15

Aparıcı Kamilə Babayeva qızı Natella ilə münasibətindən danışıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Pərvizə görə"də danışıb. Sənətçi deyib ki, övladı ilə həm dost münasibəti var, həm də ana-qız:

"Belə bir söz eşitdim ki, övladla dost olmaz, düz deyil. Valideynlə övlad arasında subordinasiya olmalıdır. Onu ilk başda anlamadım ki, niyə də dostluq etməyəsən? Deyir, çünki onlar körpədir, anlamır, dostluğu daha səmimi qəbul edirlər. Sonra valideyn olmaq istəyəndə uşaq çaşır. Anladım ki, doğrudur. Çünki onunla oynamağa başlayırsan, onun havasındasan, ona özü kimi cavab verirsən, "kanka"san. Birdən-birə rolunu dəyişmək istəyirsən, axı eqo var, nəsə xoş gəlməyəndə dəyişirsən. Halbuki iki dəqiqə əvvələ qədər sənə uşaqla dost olmaq xoş idi. Yenə də sən... İncə bir məqamdır, yolunu tapırsansa, daha asandır. Çalışıram ki, münasibətlərimizdə inam olsun, bizə qarşı inamı çox olsun. Bilsin ki, onu sevən, arxasında dayanan valideynləri var. Lakin hər şeyə görə də arxasında duran valideyn deyilik. Nə mən, nə də ki yoldaşım. Ən sevmədiyim insan tipi tərbiyəsiz olandır. Valideynlərdə belə bir şey var. Sanki dünyada yeganə varlıq onların övladıdır. Bu qədər xəstə eqo və sevgi ilə uşaqlara yanaşmayın. Onların sabahı var, başqa həyata atılacaqlar, başqasını bədbəxt edəcəklər. Söhbət evlilikdən getmir, iş həyatında da ola bilər. Nə qədər eqolu böyütmək olar? Mütləq şəkildə başqalarına hörməti aşılamaq lazımdır. Mən əvvəl nə edirdim. Kimsə telefonunu göstərir, övladının şəkli ya da, 3 dəqiqəlik videosudur. Bunu sevmirəm. Mən nə qədər "ayalla" edim?!  Söz tükənir. Kimsə istəyəndə də göstərmişəm uşağın videosunu, demişəm ki, bezən kimi qaytar. Lazım deyil, sən orada beş dəqiqə "ayalla" edəsən. Bizə maraqlı ola bilər, başqasına yox. İndi özü də böyüyür. Səhifəmi nəzarətdə saxlayır. Özü bəyəndiyi nəsə olanda deyir ki, bunu paylaş, sənin səhifəndə yaxşı baxılır". (olay)

Milli.Az