"Barselona"nın oyunçusu bu kluba keçir

26 Fevral 2025 00:26

"Barselona" futbolçusu Vitor Roqyu icarə əsasında "Betis"in formasını geyinir.

Milli.Az xəbər verir ki, braziliyalı oyunçu üçün ölkəsindən təklif gəlib. Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.

"Palmeyras" 19 yaşlı hücumçunun 25 milyon avro qarşılığında transferinə razılaşıb. 

Qeyd edək ki, Vitor 2024/25 mövsümündə 33 oyuna çıxıb və 7 qola, 2 məhsuldar ötürməyə imza atıb. (Offsideplus.az)

Milli.Az