Badalyan: İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb

25 Fevral 2025 21:39

İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, digər sahələrdə - rabitə blokunun açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi - hələ də cavabsız qalıb.

Milli.Az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib. /APA

Milli.Az