Maştağada ağaclar kəsildi - cinayət işi başlanıldı

25 Fevral 2025 21:50

Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, fakta görə Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az