Cennifer Lopez uğursuz sevgisindən danışdı

25 Fevral 2025 20:11

Əbu-Dabidəki konserti zamanı Cennifer Lopez ilk dəfə şəxsi əlaqələrindəki çətin təcrübələrini açıq şəkildə danışıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı pop ulduzu, Ben Afflekdən ayrıldıqdan sonra şəxsi həyatı haqqında heç bir şərh vermədiyini bildirib, lakin bu dəfə duyğusal bir açıqlama verərək, sevgi sahəsində yaşadığı çətinlikləri bölüşüb.

Lopez həmişə tərəfdaşlarına etibar etdiyini, lakin zamanla onların dəyişərək tanınmaz hala gəldiklərini etiraf edib.

"Onlar sənə sevgilərini, güllərini, şokoladlarını, brilyantlarını, bütün vaxtlarını verirlər. Hər şey çox gözəl və günəşlidir. Amma sonra bir şey olur. Mən nə olduğunu bilmirəm. Amma onlar artıq səni təsəlli etmir və dəstəkləmir. Onlar sənə yalan danışmağa başlayırlar.

Bilirsiniz, onlar tələbatlı olur, bir anda 180 dərəcə dövrə vururlar və başqa bir insana çevrilirlər. Mən bir neçə belə şeylə qarşılaşdım", -  müğənni göz yaşlarını saxlamağa çalışaraq bildirib.

Lopez vurğulayıb ki, bu cür anlarda ən vacib şey özünü sevməyi öyrənmək və vaxtında belə əlaqələrdən çıxmağı bacarmaqdır. "Sən bilməlisən, nə zaman getmək lazımdır", - Lopez konsertdəki izləyicilərinin alqışları arasında söhbətini yekunlaşdırıb.

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek boşanma prosesini tamamlayıb, xəbər yayılandan səkkiz ay sonra rəsmi olaraq ayrılıblar.

Müğənni Ben Afflekin ona verdiyi 5 milyon dollarlıq nişan üzüyünü saxlayıb.

Milli.Az