Sabirabadda maşın aşdı - xəsarət alan var

25 Fevral 2025 19:04

Sabirabadda minik avtomobili aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az